Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu tərəfindən Yevlax rayonunun Xanabad kəndində inşa edilmiş məktəb binası istifadəyə verilib

16 sentyabr 2023 | 17:36

Heydər Əliyev Fondu tərəfindən inşa edilən 360 yerlik Yevlax rayonu Azər Əzizov adına Xanabad kənd tam orta məktəbinin yeni binasının açılışına həsr olunmuş tədbir keçirilmişdir. Açılış mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Heydər Əliyev Mərkəzinin aparat rəhbəri, “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Rəşad Xanlarov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, həmçinin məktəbin kollektivi və kənd sakinləri iştirak etmişlər.Yeni məktəb binası ilə tanışlıq zamanı bildirilib ki, məktəb 1978-ci ildən fəaliyyətə başlayıb. Məktəb binası istismara yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondu tərəfindən 360 şagird yerlik yeni məktəb binası tikilib. Tədris ocağı zəruri mebel və avadanlıqla, fənn kabinetləri ilə təchiz edilib. Təhsil müəssisəsində müasir istilik və işıqlandırma sistemi də qurulub. Yeni məktəb binasının həyətində qazanxana və su çəni inşa olunub.Məktəb binasında 19 sinif otağı, fizika, kimya, biologiya kabinetləri, fənn laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı və açıq idman meydançası var. Məktəbin heyətinə asfalt döşənib, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.Açılış mərasimində edilən çıxışlarda qeyd edilib ki, kənddə belə bir tədris binasının istifadəyə verilməsi ölkə təhsilinə, o cümlədən Yevlaxda tədrisin keyfiyyətinin yüksəldilməsinə göstərilən qayğının bariz nümunəsidir. Məktəbin kollektivi və kənd sakinləri Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.Yeni məktəb binasının inşası müəllim kollektivi ilə yanaşı, şagird və valideynləri də sevindirib.

Keçidlər