Hər il olduğu kimi bu il də Yevlaxda Müqəddəs Qurban bayramı qeyd edilmişdir
06 iyun 2025 | 11:59
Hər il olduğu kimi bu il də Yevlaxda Müqəddəs Qurban bayramı qeyd edilmişdir
Müsəlman dünyasının ən əziz bayramlarından olan Qurban Bayramı Azərbaycanda böyük təmtəraqla keçirilir. Bu zaman hər bir insan öz xeyirxah əməlləri ilə ehtiyacı olan insanlara yardımlar edir, onlara kəsdikləri qurbanlardan pay göndərirlər. Respublikamızın hər yerində olduğu kimi Yevlaxda da İslam dünyasının xeyirxahlıq, qardaşlıq və yardımlaşma kimi gözəl hisslərini özündə əks etdirən bayramlardan biri olan Müqəddəs Qurban bayramı geniş qeyd edilir.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən bayram münasibətilə qurbanlar kəsilmiş, Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara, aztəminatlı ailələrə ümumilikdə 3000-ə yaxın ailəyə paylanmışdır.
Göstərilən yardımı böyük sevinclə qarşılayan hər bir ailə Müqəddəs bayramların ölkə ərazisində yüksək səviyyədə keçirilməsinə və onlara yetirilən hərtərəfli diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.