Havarlı kəndində sakinlərin müraciətləri dinlənilmişdir
12 sentyabr 2024 | 19:29
Havarlı kəndində sakinlərin müraciətləri dinlənilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev təqsdiq olunmuş qrafikə uyğun olaraq rayonun Havarlı kəndində növbəti səyyar qəbul keçirmişdir. Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Havarlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak etmişlər.
Şəhər İcra Hakimiyyətinin Başçısı çıxış edərək Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrə toxunaraq, qarşıda duran vəzifələrdən danışmışdır.
İcra Hakimiyyətinin Başçısı tərəfindən kənd sakinlərinin müxtəlif məzmunlu müraciətləri dinlənilmiş, qaldırılmış məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və tövsiyələrini bildirmişdir.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, onlara göstərilən yüksək diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.