Havarlı kənd sakinlərinin müraciətləri dinlənilib
16 iyul 2026 | 13:21
Havarlı kənd sakinlərinin müraciətləri dinlənilib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar vətəndaş qəbulunu rayonun Havarlı kəndində keçirib. Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti müəssisələrin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən kənd sakinlərinin müxtəlif məzmunlu müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerində araşdırılaraq müvafiq izahatlar verilib. Həlli araşdırma tələb edən müraciətlər isə aidiyyəti qurumlara tapşırılaraq nəzarətə götürülüb.






