Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıselli kəndində vətəndaşların səyyar qəbulu keçirildi

19 may 2022 | 13:31
 
19 may 2022-ci il tarixdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyev müəyyən edilmiş qrafikə uyğun olaraq rayonun Hacıselli kəndində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir. Səyyar qəbulda rayonun hüquq mühafizə, idarə, müəssisə və xidməti təşkilat rəhbərləri, kənd sakinləri iştirak etmişdir.
Şəhə Rəhbəri çıxışında Ölkəmizin o cümlədən Yevlaxın sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən işlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə ətraflı məlumat verdi. Səyyar qəbulda sakinlərin söylədikləri arzu və təkliflər, qaldırdıqları məsələlər həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Qəbulda Yevlax
Qəbuldan razı qaldıqlarını bildirən sakinlər onlara yaradılan şəraitə görə ölkə Prezidenti Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər