Hacıselli kəndində səyyar qəbul keçirildi
11 may 2023 | 17:41
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev sakinləri narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədi ilə növbəti səyyar qəbulunu rayonun Hacıselli kənd sakinləri ilə keçirdi. Hacıselli kənd tam orta məktəbinin həyətində keçirilən görüşdə Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, ŞİHB-aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak edib.
Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Yevlax şəhərində davamlı olaraq vətəndaşlarla mütəmadi olaraq görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün müvafiq tədbirlər görülür.