Şriftin ölçüsü :

Saytın rəngi :

Hacımahmudlu kənd sakinlərinin səyyar qəbul zamanı etdikləri müraciət öz müsbət həllini tapmışdır

08 aprel 2025 | 14:23
Hacımahmudlu kənd sakinlərinin səyyar qəbul zamanı etdikləri müraciət öz müsbət həllini tapmışdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən sakinlərin problemlərinin yerində öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə rayonun kənd və qəsəbələrində mütəmadi olaraq səyyar görüşlər keçirilir. Həmin görüşlərdə sakinlər tərəfindən irəli sürülən təkliflər, səsləndirilən problemlər qeydiyyata alınır, həlli istiqamətində aidiyyəti qurumlarla birgə işlər aparılır.
Yevlax Şəhər İcra hakimiyyətinin Başçısı Anar Tağıyevin rayonun Hacımahmudlu kəndində keçirdiyi səyyar qəbulu zamanı sakinlər kənd ərazisindəki 41 nömrəli subartezian quyusunun 120 metr dərinikdə olan su götürücü kolonunun istifadəyə yararsız hala düşməsi nəticəsində 81 təsərrüfatın içməli və həyətyanı su ilə təminatında, həmçinin 23 hektar pay torpağının suvarılmasında çətinlik yarandığını bildirmiş, məsələnin həlli ilə bağlı köməklik göstərilməsini xahiş etmişlər.
Şəhər İcra Hakimiyyəti Başçısının tapşırıq və tövsiyyəsi ilə Yevlax rayon Su Meliorasiya Sistemlərinin İstismar İdarəsi tərəfindən subartezian quyusunda əsaslı təmir işlərinə başlanılmışdır. Yaxın vaxtlarda əsaslı təmir işləri yekunlaşdıqdan sonra yeni nasoslada təmin olunaraq su istifadəçilərin istifadəsinə veriləcəkdir.
Keçidlər