Gülövşə kəndində səyyar qəbul keçirildi
20 aprel 2023 | 16:58
Gülövşə kəndində səyyar qəbul keçirildi
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyev təsdiq edilmiş qrafikə uyğun olaraq növbəti səyyar qəbulu rayonun Gülövşə kəndinin sakinləri ilə keçirmişdir. Qəbulda rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinlər iştirak etmişdir.
İcra başçısı qəbulda iştirak edən sakinlərin müxtəlif məzmunlu müraciətlərini dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi. Həlli İcra Hakimiyyətinin səlahiyyətlərindən asılı olmayan müraciətlər isə müvafiq qurumlara göndərilməsi üçün qeydiyyata alındı.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətlə Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.