Gülövşə kəndində Şəhid ailələri ilə görüş keçirilmişdir
22 aprel 2023 | 13:56
Gülövşə kəndində Şəhid ailələri ilə görüş keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Gülövşə kəndində şəhid ailələri ilə görüş keçirmişdir.
Görüşdə Şəhər rəhbəri torpaqlarımızın düşmən tapdağında azad olunmasında canlarını fəda edən şəhidlərimizin xatirələrinin əziz tutulduğunu Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq onların ailələrinin problemlərinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.
Görüşdə Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid ailələrinin müraciətlərini dinləmiş, onların qaldırdıqları məsələlərin həlli istiqamətində müzakirələr aparılmışdır.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.