Güclü külək rayonun elektrik təsərrüfatına ziyan vurmuşdur
14 dekabr 2024 | 08:56
Güclü külək rayonun elektrik təsərrüfatına ziyan vurmuşdur
Yevlax rayonu ərazisində 14.12.2024-cü il tarixində saat 02:25 radələrindən əsməyə başlayan güclü külək rayonun elektrik təsərrüfatına ziyan vurmuş, 40-a yaxın yaşayış məntəqəsində əhalinin elektrik enerjisi ilə təminatında fasilə yaranmışdır.
Yevlax Şəhər İcra Hakimiyyətinin tapşırığı ilə aidiyyəti qurumlar tərəfindən güclü külək nəticəsində baş vermiş qəzaların qısa müddətdə aradan qaldırılması üçün təmir-bərpa işlərinə başlanılmışdır.