Şriftin ölçüsü :

Saytın rəngi :

Göyük kəndində keçirilmiş səyyar qəbul zamanı sakinlər tərəfindən qaldırılmış problem də öz müsbət həllini tapmışdır

26 oktyabr 2024 | 17:11
Göyük kəndində keçirilmiş səyyar qəbul zamanı sakinlər tərəfindən qaldırılmış problem də öz müsbət həllini tapmışdır
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin rayonun Göyük kəndində keçirdiyi səyyar qəbul zamanı sakinlər kəndin elektrik hava xətlərinin mühafizə zonasında olan yaşıl kütlənin budanmasına köməklik edilməsi barədə müraciət etmişlər.
Şəhər İcra Hakimiyyəti Başçısının tapşırığı ilə Yevlax Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən vətəndaşların müraciətləri təmin olunmuşdur. Belə ki, Göyük kəndində 110/35/10 kv-luq Seyid Yusifli yarımstansiyasından qidalanan 10 kv-luq 2 saylı fiderin 04 kv-luq elektrik hava verilişi xəttlərinin mühafizə zonasına düşən yaşıl kütlənin budanması işləri həyata keçirilmişdir.
Beləliklə növbəti müraciət öz müsbət həllini tapmış, vətəndaş məmnunluğu təmin olunmuşdur.
Keçidlər