Şriftin ölçüsü :

Saytın rəngi :

Göyük kənd sakinlərinin müraciətləri dinlənilmişdir

10 oktyabr 2024 | 16:35
Göyük kənd sakinlərinin müraciətləri dinlənilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev qrafikə uyğun olaraq növbəti səyyar qəbulunu rayonun Göyük kəndində keçirmişdir. Qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, xidməti təşkilatların, idarə,müəssisələrin rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Şəhər rəhbəri tərəfindən kənd sakinklərinin müxtəlif məzmunlu müraciətləri dinlənilmiş, aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıq verilmiş, tövsiyələr edilmişdir.
Şəhər rəhbəri tərəfindən sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə Şəhər İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verilmişdir.
Kənd sakinləri onların müraciətlərinə həssaslıqla yanaşıldığına görə Ölkə Rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Keçidlər