Genişmiqyaslı təmizlik aksiyaları həyata keçirilir
25 mart 2026 | 12:18
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayon ərazisindən keçən həm magistral həm də yerli əhəmiyyətli avtomobil yollarının kənarlarında genişmiqyaslı təmizlik aksiyaları həyata keçirilir. Təmizlik aksiyaları zamanı yolların kənarları məişət tullantılarından, kol-kosdan, alaq otlarından təmizlənərək səliqə-səhman işləri aparılır. Keçirilən tədbirlərin əsas məqsədi magistral və və yerli əhəmiyyətli yollar boyunca estetik görünüşün təmin edilməsi və vətəndaşlarda təmizlik mədəniyyətinin təşviq olunmasıdır.
Yevlax Şəhər İcra Hakimiyyətinin təmizlik aksiyalarının davam etdirilməsi nəzərdə tutulur.






