Şriftin ölçüsü :

Saytın rəngi :

Futbol üzrə Azərbaycan 1-ci liqasında ilk turun açılış oyunu keçirilib

13 sentyabr 2023 | 21:49
Yevlaxda Futbol üzrə Azərbaycan Peşəkar Futbol Liqasında ilk turun açılış oyunu keçirilib. Yevlaxın "Karvan" komandası doğma meydanda "Mingəçevir"i qəbul edib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri qarşılaşmanı stadionda azarkeşlərlə birgə izləyiblər.
Oyuna güclü hücumlarla başlayan komandamız 45+1-ci dəqiqədə Akif Tağıyevin penaltidən atdığı qolla hesabı açıb.55-ci dəqiqədə İzzət Müştaqov komandamızın 2-ci qolunu vurub. 57-ci dəqiqədə Elvin İsmayılov hesabı 3:0 edib. Rəqib komanda Elnur Mirzəyevlə 71-ci dəqiqədə hesab arasındakı fərqi azaltsa da 88-ci dəqiqədə Peter Kinqs atdığı qolla hesabı müəyyənləşdirib. Beləliklə oyun 4:1 “Karvan”-nın qələbəsi ilə yekunlaşıb.
Keçidlər