Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov Yevlaxda vətəndaşları qəbul edib
08 iyul 2022 | 18:45
Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov Yevlaxda vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov iyulun 8-də Yevlax şəhərində, Nazirliyin Aran Regional Mərkəzinin inzibati binasında Yevlax rayonu və Mingəçevir şəhərinin sakinlərinin qəbulunu keçirib.
Əvvəlcə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Regional Mərkəzin həyətində ucaldılmış büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.
Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Yevlax rayonu və Mingəçevir şəhərinin sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.