Şriftin ölçüsü :

Saytın rəngi :

Fermerlərlə maarifləndirici görüşlər davam etdirilir

17 avqust 2026 | 15:42
 
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn vəzifələrin təmin edilməsi üçün növbəti maarifləndirici görüşlər Yevlax rayonunun Qaraməmmədli və Qoyunbinəsi bələdiyyələrinin inzibati ərazilərinə aid kəndlərdə fəaliyyət göstərən fermerlərin iştirakı ilə keçirilib.
Görüşlərdə Yevlax Şəhər İcra akimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, aidiyyəti dövlət qurumlarının nümayəndələri, kənd təsərrüfatı mütəxəssisləri və fermerlər iştirak ediblər.
Yevlax Şəhər İcra akimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev kənd təsərrüfatının inkişafı, fermer təsərrüfatlarının səmərəliliyinin artırılması, müasir aqrotexniki üsulların tətbiqi və istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsi istiqamətində qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib. Həmçinin Dövlət Proqramından irəli gələn əsas hədəflər, kənd təsərrüfatında müasir texnologiyalardan və innovativ yanaşmalardan istifadə, məhsuldarlığın artırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndirilməsi ilə bağlı məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Fermerlərin qarşılaşdıqları çətinliklər və onları maraqlandıran suallar dinlənilib, səsləndirilən məsələlərlə bağlı müvafiq izahlar verilib və praktiki tövsiyələr təqdim olunub. Görüş çərçivəsində fermerlərin dövlət dəstəyi mexanizmlərindən daha səmərəli yararlanması, aqrar sahədə mövcud imkanlardan düzgün istifadə etməsi və fəaliyyətlərinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Maarifləndirici görüşlərin keçirilməsində əsas məqsəd fermerlərin aqrar sahədə həyata keçirilən dövlət siyasəti və yeniliklər barədə məlumatlılığının artırılması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi, qarşıya çıxan problemlərin yerində müzakirə olunaraq həlli yollarının müəyyənləşdirilməsi və kənd təsərrüfatının davamlı inkişafına töhfə verməkdir.
Qeyd edək ki, bu istiqamətdə maarifləndirici tədbirlərin Yevlax rayonunun digər yaşayış məntəqələrində də davam etdirilməsi nəzərdə tutulur.
Daha azını gör
Keçidlər