Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz sakinlər!

13 may 2022 | 11:40
 
Yevlax şəhərinin təmiz saxlanılması üçün aidiyyati təşkilatlar tərəfindən mütəmadi işlər həyata keçirilir. Yevlax Kommunal Təsərrüfatı Müəssisəsi tərəfindən müəyyən edilmiş yerlərdə qoyulmuş konteynerlərdə toplanan məişət tullantılarının qrafikə uyğun olaraq daşınması təmin edilir.
Bütün bunlara baxmayaraq bəzi sakinlərimiz məişət tullantılarını binaların qarşısında və küçələrdə müəyyən edilmiş yerlərdə qoyulan zibil qutularından (urnalardan) kənara, yaşadıqların binaların bloklarının qarşısına, həyət evlərində isə küçələrə, səkilərə atırlar. Qeyd edilən hallar nəticəsində bəzi küçə və prospektlərdə istənməyən natəmiz vəziyyət yaranır.
Həmçinin nəzərinizə çatdırmaq istərdik ki, tullantıları zibil qutularından kənar yerə atmaq, ictimai yerləri zibilləmək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə cərimələr tətbiq olunması ilə nəticələnir.
Xahiş edirik, gəlin əl-ələ verək Yevlaxımızı təmiz və səliqəli saxlayaq.
Keçidlər