Əsən güclü külək Yevlax rayonunda fəsadlar törətmişdir
14 dekabr 2024 | 16:45
Əsən güclü külək Yevlax rayonunda fəsadlar törətmişdir
14.12.2024-cü il tarixdə rayon ərazisində əsməyə başlayan güclü külək nəticəsində rayonun elektrik təsərrüfatına ziyan dəymiş, 40-a yaxın yaşayış məntəqəsində əhalinin elektrik enerjisi ilə təminatında fasilə yaranmış, şəhərdə və rayon ərazisində ictimai yaşayış binasının,fərdi yaşayış evlərinin, qeyri-yaşayış obyektlərin dam örtükləri uçmuş, ağaclar və elektrik dirəkləri aşmışdır.
Yevlax Şəhər İcra Hakimiyyətinin tapşırığı ilə aidiyyəti qurumlar tərəfindən problemlərin operativ şəkildə ,qısa müddətdə aradan qaldırılması məqsədilə zəruri tədbirlərin görülməsi davam etdirilir.