Ərəş kənd sakinlərinin müraciətləri dinlənilmişdir
01 may 2025 | 17:05
Ərəş kənd sakinlərinin müraciətləri dinlənilmişdir
Yevlax Şəhər İcra Hakimiyəti Başçısı Anar Tağıyev növbəti səyyar qəbulunu rayonun Ərəş kəndində keçirmişdir. Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Şəhər İcra Hakimiyyətinin Başçısı səyyar qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar və tövsiyyələr vermişdir.