Şriftin ölçüsü :

Saytın rəngi :

Ərəbbəsrə kəndində növbəti səyyar qəbul keçirildi

29 sentyabr 2022 | 14:27
Ərəbbəsrə kəndində növbəti səyyar qəbul keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbulu rayonun Ərəbbəsrə kəndində keçirmişdir.
Qəbulda rayonun hüquq mühafizə orqanlarının, xidməti təşkilatların, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, kənd sakinləri iştirak etmişdir. ŞİH Başçısı qəbulda iştirak edən kənd sakinlərinin iş ilə təmin olunma,ünvanlı dövlət sosial yardımının təyin edilməsi və sair məzmunda müraciətlərini dinləmişdir.
İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Yevlaxda həyata keçirilən layihələr barədə söhbət aparmışdır
Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə Şəhər icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Qəbulda edilən müraciətlərlə bağlı rayon Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.
Qəbuldan razı qalan sakinlər göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.
Keçidlər