Şriftin ölçüsü :

Saytın rəngi :

Elm və təhsil naziri Yevlaxda vətəndaşları qəbul edib

25 fevral 2023 | 09:57

Fevralın 24-də elm və təhsil naziri Emin Əmrullayev Yevlax şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarının sakinləri iştirak ediblər.
Qəbuldan əvvəl Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və Elm və təhsil naziri Emin Əmrullayev Ulu Öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, xatirəsinə öz ehtiramlarını bildiriblər.
Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, diplomların tanınması, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Keçidlər