Şriftin ölçüsü :

Saytın rəngi :

Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib

16 oktyabr 2026 | 16:55
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, oktyabrın 16-da ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Yevlax rayonunda Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Goranboy və Ucardan olan sakinləri qəbul edib.
Qəbuldan əvvəl Yevlax Şəhər İcra Hakimiyyəinin Başçısı Anar Tağıyev və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edərək, abidənin önünə gül dəstələri düzmüş, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını ifadə etmişlər.
Vətəndaş qəbulu zamanı ətraf mühitin və meşələrin mühafizəsi, yaşıllıqların qorunması, mineral xammaldan istifadə, məşğulluğun təmin edilməsi, eləcə də digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.
ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.
Keçidlər