Şriftin ölçüsü :

Saytın rəngi :

Ədliyyə naziri Fərid Əhmədov Yevlaxda vətəndaşları qəbul edib

04 sentyabr 2026 | 17:38
Ədliyyə naziri Fərid Əhmədov Yevlaxda vətəndaşları qəbul edib
Qəbuldan əvvəl Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və Ədliyyə naziri Fərid Əhmədov Ümummilli Lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzindəki ucaldılmış abidəsini ziyarət edib və önünə gül dəstələri qoyublar.
Qəbulda Mingəçevir, Bərdə, Tərtər, Ağcabədi və Yevlax rayonlarından ümumilikdə 68 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
Keçidlər