Şriftin ölçüsü :

Saytın rəngi :

“Dostluq” parkında əsaslı yenidənqurma işləri həyata keçirilir

01 sentyabr 2022 | 20:47

“Dostluq” parkında əsaslı yenidənqurma işləri həyata keçirilir

 

Yevlaxda aparılan abadlıq-quruculuq işləri çərçivəsində parkların, məhəllə və binaların abadlaşdırılması, küçələrin asfaltlanması, kənd yollarının yenidən qurulması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. 

Belə ki, şəhərin mərkəz hissəsində yerləşən, ətraf ərazidəki binaların sakinlərinin asudə vaxtlarını keçirdiyi uzun müddət baxımsız vəziyyətdə qalmış “Dostluq” parkında əsaslı yenidənqurma və abadlıq işləri həyata keçirilir. 

Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev parkda görülən işlərlə tanış olub, işlərin kefiyyətlə yerinə yetirilməsi üçün müvafiq tapşırıq və tövsiyyələrini verib.

Keçidlər