Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib

13 may 2024 | 19:25
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, may ayının 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Yevlax şəhərində vətəndaşları qəbul edib.
Qəbuldan öncə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edərək dahi Öndərin müqəddəs xatirəsinə öz ehtiramlarını bildiriblər.
Qəbul zamanı Mingəçevir, Yevlax, Ağdaş, Bərdə şəhər və rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə din xadiminin təyinatı, dini icmaların kitablarla təmin edilməsi, dini icmanın dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Keçidlər