Dini İşlər üzrə Komissiyanın növbəti iclası keçirilmişdir
14 mart 2026 | 16:10
Dini İşlər üzrə Komissiyanın növbəti iclası keçirilmişdir
İclasda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini, Dini İşlər üzrə Komissiyanın sədri Xaliq Əliyev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin müdiri Natiq Əfəndiyev, Komissiyanın digər üzvləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri, iştirak etmişlər.
İclasda çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı yanında Dini İşlər üzrə Komissiyanın sədri Xaliq Əliyev Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətinin müasir dövrümüzdə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, tolerant cəmiyyətin qorunması istiqamətində aparılan işlərdən danışmışdır.
Komissiya sədri Respublikada mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dinlərarası tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasətindən bəhs edərək İlham Əliyevin dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan tolerantlığı ilə bu gün bütün dünyaya örnək olduğunu bildirib.
İclasın gedişində müasir dövrdə xüsusi aktuallıq kəsb edən məsələlərdən biri olan milli-mənəvi dəyərlərlə bağlı müzakirələr aparılıb, eləcə də milli dəyərlərimizin qarantına çevrilən dövlətimiz tərəfindən bu dəyərlərin təbliğinə, gənclərimizin milli ruhda tərbiyə olunması, onların öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli dəyərlərini qoruması məsələlərinə xüsusi diqqət yetirildiyi vurğulanıb.
Dini durumun sabitliyi istiqamətində maarifləndirmə işlərinin daha da genişləndirilməsi üzrə lazımi tədbirlərin görülməsinin vacibliyi vurğulandı və müvafiq tapşırıqlar və tövsiyələr verildi.






