Şriftin ölçüsü :

Saytın rəngi :

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu keçirmişdir

26 sentyabr 2024 | 13:28
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu keçirmişdir
Əvvəlcə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev və daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək dahi Şəxsiyyətin müqəddəs ruhuna öz ehtiramlarını bildirmişlər.
Yevlax, Kürdəmir, Ağdaş, Ucar, Mingəçevir şəhər və rayonlarından qəbula gələn 445 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində V.Eyvazov DİN Daxili Qoşunlarının Bərdədə yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.
Nazir orada ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Sonra polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib.
45 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 338 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Sonda daxili işlər naziri qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
Keçidlər