Cırdaxan kəndində səyyar qəbul keçirilmişdir
22 yanvar 2026 | 19:40
Cırdaxan kəndində səyyar qəbul keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulu rayonun Cırdaxan kəndində keçirmişdir. Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısının müavinləri, ŞİHB-ı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, xidməti təşkilatların rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Səyyar qəbulun gedişində Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən müraciət edən vətəndaşlar ayrı-ayrılıqda diqqətlə dinlənilmiş, onların səsləndirdikləri məsələlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə tapşırıq və tövsiyyələr verilmişdir. Araşdırması vaxt tələb edilən müraciətlər isə nəzarətə götürülmüşdür.






