Cırdaxan kənd sakinlərinin müraciətləri dinlənilmişdir
13 fevral 2025 | 16:33
Cırdaxan kənd sakinlərinin müraciətləri dinlənilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulunu rayonun Cırdaxan kəndinin sakinləri ilə keçirmişdir.
Qəbul zamanı Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən hər bir vətəndaşın müraciəti ayrı-ayrılıqda diqqətlə dinlənilmış,səsləndirdirilən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir.
Bir sıra müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün nəzarətə götürülmüşdür.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.