Çənlibel yaşayış massivində növbəti küçəyə yeni asfalt örtüyü salınmışdır
16 noyabr 2025 | 11:28
Çənlibel yaşayış massivində növbəti küçəyə yeni asfalt örtüyü salınmışdır
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Çənlibel yaşayış massivində növbəti küçəyə, 20 Yanvar küçəsi asfaltlanmışdır. Qeyd edək ki, uzunluğu 540, eni 7 metr olan 20 Yanvar küçəsinə sonuncu dəfə 1980-ci ildə asfalt örtüyü vurulmuşdur, uzun illər istismar olunduğundan yol yararsız hala düşmüşdür. Görülmüş işlər çərçivəsində 20 Yanvar küçəsinə giriş-çıxış yolları da daxil olmaqla ümumilikdə 4580 kv metr yeni asfalt örtüyü salınmışdır.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdə küçələrinin asfaltlanması işləri mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır.






