Şriftin ölçüsü :

Saytın rəngi :

Çənlibel yaşayış massivində bataqlıq və qamışlıq ərazinin qurudulması işlərinə başlanılmışdır

03 fevral 2024 | 18:54
Çənlibel yaşayış massivində bataqlıq və qamışlıq ərazinin qurudulması işlərinə başlanılmışdır
Yevlax Şəhər İcra Hakimiyyətində vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır. Belə ki, Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən keçirilən vətəndaş qəbullarında sakinlərin səsləndirdikləri müraciətlər dərhal nəzarətə götürülür, həlli istiqamətində müvafiq tədbirlər görülür.
Keçirilən fərdi vətəndaş qəbullarında Çənlibel yaşayış massivində fərdi yaşayış evlərində, çoxmənzilli yaşayış binalarında yaşayan sakinlər müraciət edərək ötən əsrin əvvəllərində yaşadıqları ərazinin yaxınlığında qrunt sularının yığılması nəticəsində yaranmış qamışlıq və bataqlıq sahədə tez-tez yanğın hadisələrinin baş verdiyini, evlərinə, əşyalarına ziyan dəydiyini, hazırki vəziyyətin onların narahatçılığına səbəb olduğunu bildirərək bataqlıq ərazinin qurudulmasına və qamışlığın ləğv edilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Sakinlərin müraciətinə əsasən Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən qeyd olunan ərazidə yerləşən bataqlığın qurudulması və qamışlığın ləğv edilməsi istiqamətində işlərə start verilmişdir. Belə ki, hazırda əraziyə torpaq daşınması və daşınmış torpağın texnikalar vasitəsilə yayılması işləri həyata keçirilir.
Görülən işlərin keyfiyyətlə həyata keçirilməsinə Şəhər İcra Hakimiyyəti tərəfindən nəzarət edilir.
Keçidlər