Boşçalı kəndində səyyar qəbul keçirilmişdir
18 sentyabr 2025 | 13:39
Boşçalı kəndində səyyar qəbul keçirilmişdir
Qrafikə uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının növbəti səyyar qəbulu rayonun Boşçalı kəndində keçirilmişdir. Səyyar qəbulda Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının, xidməti təşkilatlarının, rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Sakinlərin müxtəlif məzmunlu müraciətlərini dinləyən Şəhər İcra Hakimiyyətinin Başçısı səsləndirilən müraciətlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Qəbulun gedişində kənd sakinlərini maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.






