Boşçalı kənd sakinlərinin müraciətləri dinlənilmişdi
23 sentyabr 2024 | 17:56
Boşçalı kənd sakinlərinin müraciətləri dinlənilmişdi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulunu rayonun Tanrıqulular İnzibati Ərazi Dairəsinə daxil olan Boşçalı kənd sakinləri ilə keçirmişdir. Qəbulda Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayonun xidməti təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri iştirak etmişlər. Sakinlərin müxtəlif məzmunlu müraciətlərinin bir hissəsi yerində həll edilmiş, digər müraciətlərlə bağlı isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
İcra Hakimiyyətinin Başçısı tərəfindən qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə Şəhər İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün fəaliyyət göstərən “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verilmişdir.