Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Sahib Əliyevin adını daşıyan küçə abadlaşdırılmışdır
21 fevral 2025 | 16:20
Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Sahib Əliyevin adını daşıyan küçə abadlaşdırılmışdır
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Əliyev Sahib Həsən oğlunun adını daşıyan küçə abadlaşdırılmışdır. Həyata keçirilən abadlıq işləri çərçivəsində ümumi uzunluğu 250 metr olan küçəyə giriş-çıxış yolları ilə birlikdə 1960 kv metr yeni asfalt örtüyü salınmışdır.Bundan əlavə küçədə dünyanın ən böyük elektronika şirkətlərindən olan “Philips Electronics” şirkətinin məhsullarından (lampalarından) ibarət müasir işıqlandırma sistemi quraşdırımış, həmçinin küçənin Heydər Əliyev prospekti ilə kəsişməsində yerləşən giriş hissəsində piyadaların rahat hərəkətinin təmin edilməsi məqsədilə 148 kv metr eniş yolu inşa edilmişdir.