Şriftin ölçüsü :

Saytın rəngi :

Bəydili kənd sakinlərinin müraciətləri dinlənilmişdir

26 sentyabr 2024 | 14:29
Bəydili kənd sakinlərinin müraciətləri dinlənilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı təsdiq edilmiş qrafikə uyğun olaraq Bəydili kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirmişdir.
Qəbulda Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, ŞİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak edirdilər.
Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərildi, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülmüşdür.
Keçidlər