Başçı növbəti dəfə vətəndaşları fərdi qaydada qəbul edib
20 sentyabr 2022 | 13:35
Başçı növbəti dəfə vətəndaşları fərdi qaydada qəbul edib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev hər həftə olduğu kimi, bu həftə də vətəndaşların fərdi qəbulunu keçirib.
Şəhər İcra Hakimiyyətinin qəbul otağında baş tutan qəbulda bir qrup rayon sakininin müraciəti dinlənilib. ŞİH Başçısı tərəfindən müraciət edən sakinlərin qaldırdıqları məsələlərin operativ şəkildə araşdırılıb həll olunması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verildi.
Sakinlər qəbul zamanı onlara verilən izahatlardan, qaldırdıqları məsələlərin həlli üçün görülən işlərdən razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə Ölkə Rəhbərliyinə minnətdarlıq ediblər.