Şriftin ölçüsü :

Saytın rəngi :

Balçılı kəndində sakinlərin müraciətləri dinlənildi

02 fevral 2023 | 14:06
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin növbəti səyyar qəbul-görüşü rayonun Balçılı kəndində keçirilmişdir. Qəbulda Şəhər İcra Hakimiyyətinin Başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti xidməti təşkilatların rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Şəhər rəhbəri çıxış edərək sakinləri salamlamış, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş, Respublikamızda qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
Daha sonra sakinlərin müxtəlif mövzularda müraciətlərini dinləyən Şəhər rəhbəri qaldırılan müraciətlərin həlli üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verdi.
Sonda sakinlər onlara göstərilən davamlı diqqət və qayğıya görə ölkə Rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Keçidlər