Balçılı kənd sakinlərinin müraciətləri dinlənilmişdir
06 yanvar 2026 | 19:50
Balçılı kənd sakinlərinin müraciətləri dinlənilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulunu rayonun Balçılı kənd sakinləri ilə keçirmişdir.
Görüşdə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti xidmət sahələrinin məsul şəxsləri, həmçinin inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər.
Qəbula gəlmiş sakinlərin qaldırdıqları məsələlərin araşdırılması və həlli istiqamətində aidiyyəti qurumlara tapşırıqlar verilib, müraciətlərin icrası isə nəzarətə götürülüb.






