Şriftin ölçüsü :

Saytın rəngi :

Balçılı kənd sakinlərinin müraciətləri dinlənilmişdir

15 yanvar 2025 | 15:45
Balçılı kənd sakinlərinin müraciətləri dinlənilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Balçılı kəndində növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda Şəhər İcra Hakimiyyəti Başçısının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri eləcədə kənd sakinləri iştirak etmişlər.
Sakinlər işlə təmin olunma, ünvanlı dövlət sosial yardımının təyin edilməsi, elektrik enerjisi verilişi və digər mövzularda müraciətlər səsləndirmişlər.
Müraciətləri fərdi qaydada dinləyən Şəhər rəhbəri tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilmiş, bəzi müraciətlər isə yerində həll edilmişdir.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Keçidlər