“Bakı–Xankəndi” Azərbaycan Velosiped yarışının iştirakçıları Yevlax rayonu ərazisindən keçiblər
12 may 2026 | 16:14
“Bakı–Xankəndi” Azərbaycan Velosiped yarışının iştirakçıları Yevlax rayonu ərazisindən keçiblər
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı–Xankəndi” Azərbaycan Velosiped beynəlxalq velosiped turunun III mərhələsi çərçivəsində velosipedçilər 163,3 km məsafə qət etməklə Qəbələ–Oğuz–Şəki–Mingəçevir marşrutu üzrə hərəkət edərək Yevlax rayonu ərazisindən keçiblər.
Beynəlxalq idman yarışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmış, marşrut boyunca Yevlax rayon sakinləri tərəfindən idmançılara yüksək əhval-ruhiyyə ilə dəstək göstərilib.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı 5 mərhələdən ibarət “Bakı–Xankəndi” Azərbaycan Velosiped yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir.
Yarışa mayın 14-də yekun vurulacaq. Turnirin final mərhələsi Xankəndi şəhərində təşkil olunacaq






