Şriftin ölçüsü :

Saytın rəngi :

Aztəminatlı ailələrə qurban payları verilib

09 iyul 2022 | 12:12

Aztəminatlı ailələrə qurban payları verilib
İslam aləminin xeyirxahlıq və fədakarlıq rəmzi sayılan, ən əziz bayramlarından olan Qurban Bayramı Azərbaycanın hər yerində olduğu kimi Yevlaxda da qeyd edilir.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən ənənəvi olaraq qurbanlıq heyvanlar kəsilərək Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, çernobıl əlillərinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə, ümumilikdə 1500-ə yaxın ailəyə qurban əti paylanılıb.
Həmçinin aztəminatlı ailələrə Qurban bayramı münasibətilə bayram sovqatları çatdırılıb.
Qurban sovqatları verilən ailələr onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezidentimiz, hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər