Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Yevlax rayonunda vətəndaşları qəbul edib

30 avqust 2023 | 12:05
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Yevlax şəhərində Yevlax və Ucar rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev və “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ümummilli Lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq və əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər