“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində yaradılmış Analitik qrup üzvləri Yevlaxda rayon ictimaiyyəti ilə görüş keçirib.
09 iyun 2023 | 14:12
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində yaradılmış Analitik qrup üzvləri Yevlaxda rayon ictimaiyyəti ilə görüş keçirib.
Görüşdə Azərbaycan Televiziyasının Analitik qrupun rəhbəri, əməkdar jurnalist Faiq Hüsiyev və digər qonaqlar rayon ictimaiyyətinin nümayəndələri ilə fikir mübadiləsi aparıblar, yerli tamaşaçı auditoriyasının rəy və təklifləri yerindəcə dinləyiblər. Əldə edilən məlumatlar əsasında isə televiziya və radionun ümumi inkişaf perspektivləri nəzərdən keçiriləcək, təklif və proqnozlar hazırlanacaq və teleşirkət rəhbərliyinə təqdim olunacaq.