Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional "ASAN xidmət" mərkəzinin səyyar xidməti 1 ay müddətində Yevlaxda sakinlərə xidmət göstərəcək
26 oktyabr 2022 | 18:58
Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional "ASAN xidmət" mərkəzinin səyyar xidməti 1 ay müddətində Yevlaxda sakinlərə xidmət göstərəcək
26 oktyabr -24 noyabr tarixlərində Səyyar ASAN xidmət Yevlax şəhər sakinlərinə səyyar formada xidmət göstərəcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
• Tibb xidməti
• Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu)
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
• Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi
• Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
• Əmək pensiyalarının təyin edilməsi
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
• Sürücülük vəsiqələrinin dəyişdirilməsi
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Ünvan: Yevlax şəhəri, Q.Quliyev küçəsi 1 (Yevlax şəhəri Mərkəzi poçtun qarşısı)