Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar Yevlaxda qadınlarının konfransı keçirildi

06 oktyabr 2023 | 14:09
Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar Yevlaxda qadınlarının konfransı keçirildi
Yevlaxda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayının yerli toplantısı keçirilib. Toplantıda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova və aparatın məsul əməkdaşları, şəhərin ictimai, siyasi, elm, təhsil və digər sahələrində çalışan qadınlar iştirak ediblər.
İclasda çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirib ki, ölkə tarixində əlamətdar hadisələrdən biri kimi qiymətləndirilən Azərbaycan Qadınlarının I Qurultayından 25 il ötür. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilən bu tədbirlərdə gələcəyin qadın hərəkatının əsası qoyulub və bununla da cəmiyyət həyatında, ictimai-siyasi proseslərdə qadınların rolu əhəmiyyətli dərəcədə artıb. Bugün bu siyasət Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Daha sonra toplantıda bölgələrdə yaşayan qadınların üzləşdiyi problemlər müzakirə olunub. Müzakirələr əsasən, erkən və qohum nikahları, ailədaxili məişət zorakılığı hallarının baş verməsi və digər məsələlər ətrafında aparılıb.
Sonda toplantı iştirakçılarının sözgedən problemlərin aradan qaldırılması istiqamətində təqdim etdikləri rəy və təkliflər dinlənilib.
Keçidlər