Şriftin ölçüsü :

Saytın rəngi :

Avropa çempionu adını qazanmış idmançı ilə görüş keçirilmişdir

05 iyul 2022 | 18:05

Yevlax Şəhər İcra Hakimiyyətində Avropa çempionu adını qazanmış idmançı ilə görüş keçirilmişdir

Yevlax Şəhər İcra Hakimiyyətində İtaliyanın paytaxtı Roma şəhərində idmanın sərbəst güləş növü üzrə keçirilmiş “Gənclərin Avropa Birinciliyində” Avropa çempionu adını qazanmış Yevlax Uşaq Gənclər İdman Şahmat Məktəbinin yetirməsi Soltanova Birgül Knyaz qızı ilə görüş keçirilib.

Görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, qızıl medal mükafatıçısı Birgül Soltanova və məşqçisi Əməkdar müəllim Tofiq Tağıyev iştirak etdilər.

Görüşdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Azərbaycan idmanının inkişafından, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin və Birinci Vitse Prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın Azərbaycan idmanına göstərdiyi diqqət və qayğıdan bəhs etdi. Avropa çempionu adı qazanmış Birgül Soltonavaya və əməkdar məşqçisi Tofiq Tağıyevə öz səmimi təbriklərini çatdırdı.  Bundan sonra daha böyük yarışlarda bayrağımızı dalğalandırmağı arzuladı.

Avropa çempionu Birgül Soltanova möhtəşəm qələbəsindən söhbət açdı, idman sahəsindəki inkişafa, idmançılara göstərilən xüsusi diqqət və qayğıya görə Ölkə Prezidenti,Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə etdi.

Sonda  Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Birgül Soltanovaya qiymətli hədiyyə, məşqçisi Tofiq Tağıyevə isə Fəxri Fərman təqdim edildi.

Keçidlər