Şriftin ölçüsü :

Saytın rəngi :

"ASAN xidmət” in müasir texnoloji avadanlıqla təchiz edilmiş xüsusi avtobusu 1 ay ərzində Yevlax rayon sakinlərinə səyyar xidmət göstərəcək

02 oktyabr 2026 | 15:52
"ASAN xidmət” in müasir texnoloji avadanlıqla təchiz edilmiş xüsusi avtobusu 1 ay ərzində Yevlax rayon sakinlərinə səyyar xidmət göstərəcək
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Şəki regional "ASAN xidmət" mərkəzinin səyyar xidmət avtobusu 01.10.2026-cı il tarixindən 29.10.2026-cı il tarixinədək Yevlax sakinlərinə xidmət göstərəcəkdir. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim olunur.
* Tibb xidməti
* Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu)
* Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı xidməti
* Əmək pensiyalarının təyin edilməsi
* Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
* Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
* Sürücülük vəsiqələrinin dəyişdirilməsi
* Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
* Notariat fəaliyyəti
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Ünvan: Yevlax şəhəri, Q.Quliyev küçəsi 1 (Yevlax şəhəri Mərkəzi poçtun qarşısı)
Qeyd: Səyyar "ASAN xidmət" avtobuslarında sənəd qəbulu həftə içi saat 10:00-dan 16:30-dək (nahar fasiləsi 13:00-dan 14:00-dək) həyata keçirilir.
Hazır sənədin verilməsi isə həftə içi saat 10:00-dan 17:00-dək (nahar fasiləsi 13:00-dan 14:00-dək) həyata keçirilir.
Keçidlər