Şriftin ölçüsü :

Saytın rəngi :

"ASAN xidmət” in müasir texnoloji avadanlıqla təchiz edilmiş xüsusi avtobusu 1 ay ərzində Yevlax rayon sakinlərinə səyyar xidmət göstərəcək

03 fevral 2026 | 15:10
"ASAN xidmət” in müasir texnoloji avadanlıqla təchiz edilmiş xüsusi avtobusu 1 ay ərzində Yevlax rayon sakinlərinə səyyar xidmət göstərəcək
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Şəki regional "ASAN xidmət" mərkəzinin səyyar xidmət avtobusu 03.02.2026-cı il tarixindən 25.02.2026-cı il tarixinədək Yevlax sakinlərinə xidmət göstərəcəkdir. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
* Tibb xidməti (qan qrupu, boy və göz rəngi barədə arayışların verilməsi);
* Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu);
* Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı;
* Əmək pensiyalarının təyin edilməsi;
* Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
* Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, eyni zamanda yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi;
* Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
* Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
* Notariat fəaliyyəti.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Ünvan: Yevlax şəhəri, Q.Quliyev küçəsi 1 (Yevlax şəhəri Mərkəzi poçtun qarşısı)
Keçidlər