Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Salamabad kəndində səyyar qəbul keçirildi

06 iyun 2024 | 14:07
Aşağı Salamabad kəndində səyyar qəbul keçirildi
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, əhalini narahat edən problemlərin yerində həll edilməsi məqsədilə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən növbəti səyyar qəbul rayonun Aşağı Salamabad kənd sakinləri ilə keçirildi.
Görüşdə Şəhər İcra Hakimiyyətinin Başçısı, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti xidməti təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul zamanı Şəhər rəhbəri Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verib. Həmçinin qeyd etdi ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılır və əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir. İcra Başçısı vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə yaradılmış “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalı barədə məlumat verdi.
Qəbulun gedişində kənd sakinlərinin təklifləri, istəkləri dinlənildi və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər