Aşağı Qarxun kəndində səyyar qəbul keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Aşağı Qarxun kəndində qrafikə uyğun olaraq növbəti səyyar vətəndaş qəbulu keçirdi. Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak etdilər.
Şəhər Rəhbəri öz çıxışında Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən danışdı. Çıxışının davamında Şanlı Qələbədən sonra işğaldan azad edilən ərazilərdə aparılan abadlıq quruculuq işlərindən, Ölkə Rəhbərliyinin Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda qəhrəmancasına həlak olan şəhidlərin ailələrinə, yaralanan qazilərə və müharibə veteranlarına göstərdiyi diqqət qayğıdan geniş bəhs etdi.Bildirdi ki, Ölkəmiz Cənab Prezidentimiz tərəfindən həyata keçirilən uğurlu sosial iqtisadi siyasət nəticəsində günü-gündən inkişaf edir, nəticədə insanların sosial rifah halı yaxşılaşır. Həmçinin vurğuladı ki, Ölkə Prezidentinin hər bir rəhbər şəxsdən əsas tələbi odur ki, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılsın,problemlərinin həlli üçün səlahiyyətlər çərçivəsində işlər həyata keçirilsin.
Sonra qəbulda iştirak edən sakinlərin müraciətləri dinlənildi.
Sakinlər köhnə elektrik xətlərinin yeniləri ilə əvəz edilməsi, kənddə yeni salınmış yaşayış massivinin telefonlaşması, işlə təminat və sair ilə bağlı müraciətlər etdilər.
Qəbulda səsləndirilən müraciətlərin həlli ilə bağlı Şəhər Rəhbəri tərəfindən müvafiq qurumlara tapşırıqlar verildi. Bəzi müraciətlər isə aidiyyati qurumlara çatdırılması üçün qeydiyyata alındı.
Sakinlər əhaliyə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezdentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.